PKK-ya ağır zərbə-60 terrorçu öldürüldü

pkk-tunceli-ve-erzincan-da-yol-kesti-1697359Türkiyədə son günlər PKK terror təşkilatına qarşı keçirilən əməliyyatlar öz bəhrəsini verib. Xebername.info xəbər verir ki, terror qruplaşması çox sayda üzvünü itirib.

Kandil dağının yenidən bombalanması zamanı 60 terrorçu öldürülüb. Tunceli-Erzincan yolunu bağlayan 10 terrorçunun cəsədi isə meşədə tapılıb. Bundan əlavə kəşfiyyat məlumatlarına görə PKK liderləri son olanlardan ciddi şəkildə narahatdır.

PKK rəhbərliyinin danışıqları isə MİT-in (Milli Kəşfiyyat İdarəsi) əlinə keçib. Məlum olub ki, son əməliyyatlardan sonra təşkilat arasında ciddi fikir ayrılığı yaranıb.

Təşkilat üzvlərinin rəhbərliyə göndərdikləri məlumatlarda bildirilir ki, üzvlər arasında satqınlar var. Çox gizli olan silah depolarının vurulmasından sonra üzvlərin bəzilərinin məlumat ötürdüyü məlum olub.