Bu haqqda Xebername.info saytına məlumatı sahibkar Rüfət Məmmədov verib. R.Məmmədovun sözlərinə görə, ona məxsus obyekt 27 iyun 2016 tarixində nəməlum şəraitdə yanıb. “Bildirim ki, mənə məxsus olan obyekt keçmiş “Sovetski” deyilən ərazidə yerləşirdi. Biznesimi inkişaf etdirmək məqsədilə 2007-ci ildə N.Nərimanov küçəsi 170-a ünvanında yaşyış evini alaraq, orada bərbərxana inşa etdirmişdim. Həmin ərazi 2014-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin “yeni yolların çəklişi və abadlaşdırılması” adı altında plana düşdü. Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov söz vermişdir ki, kim istəsə bu ərazilərdə yaşa bilər və onlara məxsus olan mülkiyyət sökülə bilməz. Səlahiyyətli şəxslərin verdiyi sözləri nəzərə alaraq, mən və bir neçə nəfər adam mülkiyyətlərimizin sökülməsini istəmirdik. Lakin bu söz olaraq, qalırdı. Müxtəlif yollarla bizə təzyiq göstərirdilər. Obyektin işığı və suyu tez-tez məqsədli şəkildə kəsilirdi. Obyektimin yandırılması mənim etirazlarda aktiv iştirakım və təşkilatçılığımla əlaqədardır. Dəfələrlə sahə müvəkkili və yerli icra orqanları tərəfindən xəbərdarlıq almışdım ki, aktiv iştirakıma görə məni “cəzalandıracaqlar”. Obeyktimin yanması da məhz bunula bağldır. Heç kimə sirr deyil ki, Azərbaycanda bütün sahələrdə hüquqlar pozulur, həmçinin mülkiyyətçilərin hüquqları… “
Related Posts

“Vətəndaş cəmiyyəti xalq və dövlət arasında körpüdür, təssüf ki, hakimiyyət məqsədli şəkildə bu körpünü yandırır”.
- admin
- 04/02/2015
- 0
Xebername.info-nun Demokratik Təsisatlar və İnsan Hüquqları ictimai birliyinin fəallı Vüsal Bağırovla müsahibəsi: Vüsal […]
Deputatın oğlu ilə bağlı məhkəmədə qalmaqal
- admin
- 20/04/2016
- 0
Deputat Elmira Axundova və oğlu Həbib Axundovla onlardan şikayətçi olan bir qrup vətəndaş arasında məhkəmə […]

Avropa Məhkəməsində Azərbaycanda qeydiyyata alınmayan QHT-lərlə bağlı qərar
- admin
- 29/10/2016
- 0
Demokratik Təsisatlar və İnsan Haqları ictimai birliyinin sədri Elçin Abdullayev “Xəbərnamə.info” saytına verdiyi məlumata görə, […]