Azərbaycana xarici sərmayələr 50 faiz azalıb

Nemət Əliyev

Xarici investorlar bu ilin yanvar ayında ölkəmizə investisiya qoyuluşunu 2017-ci ilə nəzərən 25 faiz, 2016-cı ilə nəzərən 32 faiz, 2015-ci ilə nəzərən 50 faiz azaldıb. Əsas kapitala yönəldilmiş ümumi vəsaitlərin həcmi də bu il ötən ilə nəzərən azalıb (DSK-nın məlumatına əsasən).

Xarici investisiya qoyuluşu:
2018-ci ilin yanvar ayı: 270 milyon dollar;
2017-ci ilin yanvar ayı: 361 milyon dollar;
2016-cı ilin yanvar ayı: 398 milyon dollar;
2015-ci ilin yanvar ayı: 543 milyon dollar.

Göstəricilərin dinamikası investisiya mühitinin hansı vəziyyətdə olmasını açıq şəkildə ortaya qoyur. Faktlar göstərir ki, xarici investisiyalar hələ də ölkəmizi tərk etməkdədir. Nəticələr bundan ibarətdirsə, o zaman ölkədə investisiya mühitinin yaxşılaşmasına dair ən yüksək tribunalardan səsləndirilən bəyanatlara, sizcə, nə ad vermək olar?