Almaniyada mühacir olan Elmir Şirəliyevin kürəkəni Abdulla Abuzərov həbs olunub. Bu barədə Xebername.info-a Elmir Şirəliyev məlumat verib.
E.Şirəliyevin sözlərinə görə, bacısının həyat yoldaşı Hacıqabul Rayon Məhkəməsinin qərarı ilə 30 sutka həbs edilib: “Hacıqabul rayon sakini Abuzərov Abdulla Səməd oğlu bacım Şirəliyeva Aynurun həyat yoldaşıdır. 17.02.2018-ci il tarixdə təqribən saat 17:00 radələrində Bakı şəhərində işlədiyi yerdən polis əməkdaşları tərəfindən tutularaq, Hacıqabul rayon Polis İdarəsinə gətirilib və Hacıqabul Məhkəməsinin qərarı ilə 30 sutka həbs olunub. Kürəkənim A.Abuzərov fəhlə işləyir, ev təmiri işlərilə məşğuldur”.
Qeyd edək ki, Elmir Şirəliyev “Korrupsiyaya yox de” facebook səhifəsinin rəhbəri və “Diktatoru tanidaq kompaniyasının” müəllifidir.