Türkiyənin “Pegasus Airlines” aviaşirkətinə məxsus təyyarə Trabzon hava limanında eniş zamanı zolaqdan kənara çıxıb.
Türkiyənin “Milliyet” nəşri xəbər verir ki, Ankara-Trabzon reysini həyata keçirən təyyarə zolaqdan çıxaraq dənizə doğru sürüşüb və 10 metr dənizə qalmış təhlükəli enişdə dayanıb.
Təyyarənin göyərtəsində olan 162 sərnişin və 6 heyət üzvü təxliyyə edilib.
Hadisə nəticəsində xəsarət alan və ölən olmayıb.