Binəqədi icra başçısı Xaləddin İsgəndərov Almaniyada müalicəsini yarımçıq qoyaraq ölkəyə qayıdıb.Gecə yarısı təyyarədən düşən başçı iş yerinə gəlib, ətrafındakılara başına toplayaraq rayon ərazisində başına toplayaraq rayon ərazisində satılan torpaq sahələri ilə bağlı sənədləri təcili sahmana salmağa tapşırıb. Qanunsuz tikintilərlə mübarizə aparmaq görüntüsü yaratmaq üçün addımlar atılması göstərişini verib.Yanvarın 12-də səhər rayonun Sulutəpə qəsəbəsində söküntü işlərinə başlanıb. Tikinti aparanlar başçının əraziyə göndərdiyi rayon təsərrüfat şöbəsinin müdiri Qüdsi Bayramova, başçının qardaşı oğlu Valeh İsgəndərova deyiblər ki, işə başlamazdan əvvəl onların nümayəndələrini razı salıblar. Buna baxmayaraq tikintilərin sökülməsinə verilmiş göstərişin icrası bəzi ünvanlarda baş tutub.Narazı qalan 100-ə yaxın rayon sakini Sulutəpə bələdiyyəsinin qarşısına toplaşaraq icra başçısının qanunsuz göstərişinin qarşısının alınmasını tələb ediblər. Xaləddin İsgəndərov qəsəbədə böyük gərginliyə səbəb olan bu olaya münasibət bildirməyib.
Related Posts

ABŞ ReAl-çıların həbsindən “narahatdır”
- admin
- 17/08/2016
- 0
ABŞ avqustun 12-si müxalif ReAl Hərəkatının icraçı direktoru Natiq Cəfərlinin həbsindən narahatdır, Dövlət Departamentinin […]

Ermənilər cəbhəyanı kəndləri boşaldırlar
- admin
- 24/09/2015
- 0
“Biz burada yaşamırıq, sadəcə, mövcuduq”. Cəbhə xəttində yerləşən Ermənistanın Tavuş vilayətinin Koti kəndi sürətlə boşalır. […]

Erkin Qədirli siyasətdən getdir
- admin
- 18/10/2017
- 0
Hüquqşünas, Bakı Dövlət Universitetinin müəllimi Erkin Qədirli Respublikaçı Alternativ Hərəkatının (ReAl) partiyaya çevrilməsindən sonra siyasətlə […]