İranın keçmiş prezidenti Mahmud Əhmədinejad nümayişçilərə dəstək vediyinə görə həbs olunub. Bu barәdә mәlumatı әrəbcә yaımlanan Alquds Əl-Ərəbi qәzeti yayıb. Xәbәrdә qeyd olunur ki, keçmiş prezident mövcud hökuməti qorxutdu, onun çıxışları etirazlara səbəb oldu.
Əhmədinejad Buşәhr şəhərində çıxış edib. İsrail Times qəzeti yazır ki, ölkənin keçmiş lideri mövcud hakimiyyəti “xalqın problemlərindən və ictimai reallıqlarından uzaq düşmәkdә ittiham edib”
Alqudsin mәlumatına görə, keçmiş prezident bunu prezident Həsən Ruhanini onu qarşıdurma yolu ilә getmәkdә ittiham edәndәn sonra bәyan edib.
Qəzet Əhmədinejadın ev həbsinә mәhkum edilәcәyini iddia edir.