Cənubi Sudanda benzin daşıyan maşının partlaması nəticəsində 100 nəfərdən çox insan ölüb, 50 nəfər ağır yaralanıb.
Xebername.info məlumatına görə, Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə sürücünün idarəetməni itirərək maşını aşırdmasından sonra baş verib.
Avtomobilin aşmasından sonra ətrafına çoxlu sayda insan toplaşaraq yanacağı yığmağa başlayıblar. Bu zaman onlardan biri yerə siqaret atıb, və partlayış baş verib.
Ölkənin Rabitə naziri Çarlz Kisanya bildirib ki, yaralıların vəziyyəti çox ağırdır, və bölgədə lazımi tibbi avadanlığın olmaması səbəbindən onların əksəriyyətinin həyatını xilas etmək mümkün olmayacaq.
Elnur ORUCLU