Pakistanda ötən həftədən bəri təsirini göstərən həddindən artıq istilər səbəbiylə ölənlərin sayı minin üzərinə çıxdı.
Pakistanda ötən həftədən bəri təsirini göstərən həddindən artıq istilər səbəbiylə ölənlərin sayı minin üzərinə çıxdı. Pakistanda ötən həftə etibarilə son 15 ilin ən yüksək temperaturu can almağa davam edir.
Yalnız dünən ən az 229 adamın öldüyü və ölkədə isti çarpması səbəbiylə ölənlərin sayı bu gün etibarilə minin üzərinə çıxdığı bildirilir. Təxminən 40 min adamın həddindən artıq istilərdən təsirləndiyi, 7 min 500 adamın şəhərdəki bir xəstəxanada müalicə altında olduğu ifadə edilir. Şəhərdə, meyitxanaları yanı sıra xəstəxanaların də tutumlarının dolduğu bildirilir. Hökumətin, xəstəxanalardakı tibbi vəsait anbarlarını artırdığı ifadə edilir.
Mətləb BALAKİŞİYEV