Avropa Şurası Nazirlər Komitəsinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarının Azərbaycan tərəfindən icra edilib-edilməməsi məsələsinə dair sorqusu ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Nazirlər Komitəsinə, Azərbaycan hökumətinə və İlqar Məmmədova məktub göndərib. Bu barədə vəkil Fuad Ağayev facebook səhifəsində yazıb.
Vəkil bildirir ki, məktubda sorğuya baxılması üçün məhkəmənin sədri Qvido Raymondi başda olmaqla Böyük Palatanın tərkibi elan edilir.
“Avropa Şurası Nazirlər Komitəsinə, hökumətə və bizə sorğu ilə bağlı yazılı şərhlərin 31 mart 2018-ci il tarixinə kimi təqdim edilə bilməsi haqqında məlumat verilir”, Ağayev qeyd eidb.