Bakıdakı məşhur “COCO” adlı paltar mağazasında ana və uşağı girov götürülüb.bu barədə Azad İstehlakçılar Birliyinə hadisə ilə üzləşən Leyli Qazıbəyova məlumat verib. O bildirib ki, 4 yaşlı uşağı dükanda manikeni aşırıb, bundan sonra olanlar olub: “Maniken aşdı və pencəyin yaxasında olan dəmir broşka harasa toxundu , broşkaya yapışdırılmış 15 ədəd rəngli kiçik bəzəkdən 2-i qopdu. Broşka qətiyyən qırılmadı. İşçilər məni günahlandırdı və hər ikimizi dükandan buraxmayacaqlarını bildirdi, qopmuş düymələr üçün 45 AZN pul tələb etdilər. Hansı ki, bu kiçik plastmas (və ya şüşə) düyməcikləri istənilən yapışqanla bir dəqiqəyə asanlıqla yapışdırmaq olardı. Əslində dükanda bizi “həbs” edib 45 AZN-i tələb etdilər. Mən məcbur olub 45 AZN ödədim, bu saat təxminən 15:00-da oldu. Mənə ödədiyim məbləğ müqabilində kassa qəbzi verilmədi, broşkanı selofana qoyub mənə verdilər. Evdə atam bunu bildikdə broşkanı götürüb dükana getdi, broşkanın qiymət sənədini və düşən plastmasın qiymət sənədini tələb etsə də, heç bir sənəd göstərilməyib. Atam müdirdən broşkanın düşən bəzəyinin yapışdırılıb qaytarılmasını təklif edib 45 AZN-i tələb etsə də hələ ki ödənilməyib.Düşünürəm ki, bu haqsızlıqdır, broşkanın qiyməti maksimum 10 AZN ola bilər,qopan şüşəni asanlıqla yapışdırmaq olar və bunu edə bilərəm”.
Related Posts

Rəşid Mahmudov: “Kişilərimiz hamilə qadınlara oxşayır”
- admin
- 08/09/2016
- 0
Azərbaycan Tibb Universitetinin (ATU) dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Rəşid Mahmudov ilə müsahibəni […]

Saakaşvili Hollandiyaya gedib.
- admin
- 14/02/2018
- 0
Mixeil Saakaşvili Ukraynadan Polşaya deportasiya edildikdən sonra həyat yoldaşının vətəni Hollandiyaya gəlib. Fevralın 14-də “Hollandiyada […]

Məhbus jurnalistin anası istintaq idarəsindən xəstəxanaya aparıldı
- admin
- 22/06/2017
- 0
“Kanal-13”internet televiziyasını rəhbəri, 1 iyinda haqqında 4 aylıq həbs-qətimkan tədbniri seçilən Əziz Orucovun anası Baş […]