Binəqədi yanğınına görə həbs olunan ‘JEK’ müdiri azadlığa buraxıldı

bina-yangin-19may2015

Binəqədidə 15 nəfərin ölümünə səbəb olmuş yanğına görə həbs olunanlardan biri də həmin ərazi üzrə 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov idi.O,dekabrın əvvəlində Nizami Rayon Məhkəməsinin qərarı ilə azadlığa buraxılıb.Nizami Orucov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay azadlıqdan məhrum edilib. Cəzasının yarısından çoxunu əsas gətirən Orucov vaxtından əvvəl azadlığa çıxmaq üçün məhkəməyə müraciət edib. Məhkəmə onun vəsatətini təmin edib.2015-ci il mayın 19-da baş vermiş yanğın nəticəsində 15 nəfər ölüb, 50 nəfər xəsarət alıb.Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Miryusif Mahmudov 8 il, digər təqsirləndirilənlər – Uğur Bəşirov 5 il, Ələkbər Əsgərov, Qəzənfər Novruzov və Ədalət Rəcəbovun hər biri 4 il, Nizami Orucov isə 3 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.Ağacavad Məmmədov və Akif Əlibəyova şərti cəza müəyyən edib.Miryusif Mahmudov binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi, Uğur Bəşirov “Qlobal Stone” MMC-nin baş direktoru, Ələkbər Əsgərov “Global Construction” MMC-nin sədr müavini idi.Onlar və cəzalandırılan digərləri Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndiriliblər.