İctimai fəal Məmmədquliyev Rafiq ciddi təzyiq altındadır

Nardaran hadisələrdən 2 gün öncə Nardaranda Hacı Telahlə bir yerdə olmuş şəxsərə qarşı da təzyiqlər başlanıb. Məlum olduğu kimi 2015-ci il noyabrın 26-da Nardaranda hüquq-mühafizə orqanları əməliyyat keçirib, 15-dək şəxs, o cümlədən «Müsəlman birliyi» Hərəkatının başçısı Taleh Bağırzadə həbs edilib. Dördü mülki, ikisi polis olmaqla altı nəfər ölüb. Ötən günlərdə istintaqa işgəncə altında verdikləri ifadədən imtina etdiklərinə görə bir çox şahidlər yenidən təhdidlərə məruz qalıblar.

Maraqlıdır ki, hadisə günü orda olmasa da, ümumilikdə Hacı Talehin ətrafında olan hər kəsə qarşı ciddi təzyiqlər artıq mətbuatın müzakirə mövzusudur. Medaia dərc edilən müxtəlif məlumatlara görə Hacı Talehin tərəfdaşlarından olan ictima siyası fəal Rafiq Məmmədquluyev də ciddi təzyiq altındadır, onun oevinə bir neçə dəfə polisin gəldiyi məlum olub. Hazırda təzyiqlərdə qorunmaq üçün onun naməlum yerdə gizləndiyi bildirilir.