Əli Kərimlinin bacanağı beynəlxalq axtarışa verildiBaş Prokurorluq dekabrın 14-də Rauf Hüseynov adlı şəxsin İnterpol xətti ilə beynəlxalq axtarışa verilməsi haqda məlumat yayıb. Məlumatda bildirilir ki, onun barəsində CM-nin 320-ci (Rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya istifadə etmə) maddəsinin birinci və ikinci bəndləri ilə cinayət işi başlanıb. R.Hüseynov Azərbaycanda həyat yoldaşı Amaliya Seyidova ilə birlikdə polis idarəsinə çağrılması, şübhəli şəxs qismində dindirilməsi haqda saxta sənəd hazırlamaqda suçlanır.Hüseynov hazırda Avropa ölkələrindən birində məskunlaşıb. Baş Prokurorluğun məlumatında iddia olunur ki, sənədlər də məskunlaşdığı ölkənin miqrasiya orqanlarına təqdim olunmaq üçün hazırlanıb.Prokurorluğun məlumatında adları çəkilən şəxslər AXCP sədri Əli Kərimlinin qohumlarıdır – A.Seyidova baldızı, R.Hüseynov isə onun həyat yoldaşıdır.Ə.Kərimli prokurorluğun məlumatında yazılanları özünə və qohumlarına qarşı təzyiq, qarayaxma kampaniyasının davamı kimi qiymətləndirir.AXCP mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, R.Hüseynov özü də uzun illərdir partiyanın üzvüdür, Milli Şuranın keçirdiyi mitinqlərin təşkilində aktiv iştirak edənlərdən biridir:«Mitinqlərdə istifadə olunan səsgücləndiricilərin tapılması, təmin olunması məsələsinə o baxırdı. 2016-cı ilin 11 sentyabr mitinqindən sonra aksiyalarda fəal iştirak etmiş AXCP funksionerlərinə qarşı kütləvi təzyiqlər başlandı. Həmin vaxt partiyanın 254 nəfər fəalı polis idarələrinə çağrılıb hədələnmişdi, hətta bəziləri həbs olunmuşdu. Onların arasında Rauf Hüseynov da vardı. Rauf Hüseynov dəfələrlə təzyiqlərə məruz qalandan sonra Əli Kərimlinin qaynı Elnur Seyidovun heç bir günahı olmadan altı ildir həbsdə saxlanmasını, Qənimət Zahidin, Emin Millinin, Günel Mövludun, Natiq Ədilovun yaxınlarına qarşı repressiyaları nəzərə alaraq, ölkəni tərk edib».AXCP bir müddət öncə jurnalist Fikrət Hüseynlinin Ukraynada saxlanılıb, Azərbaycana gətirilməsi cəhdini yada salaraq, iqtidarın siyasi mühacirlərə qarşı İnterpol-dan istifadə etdiyini deyir.
Related Posts
2018-ci ildə yoxsulluq həddindən aşağı yaşayanlar 20 faizi keçəcək
- admin
- 09/12/2017
- 0
Gələn ildən Azərbaycanda yaşayış minimumu 173 manata qaldırılır. Bu, o deməkdir ki, hətta rəsmi mənbələrin […]

“Hakimiyyətin dünya boyunca ifşası davam edir”.
- admin
- 23/10/2017
- 0
AXCP sədri Əli Kərimli Facebook səhifəsində Azərbaycan hakimiyyətini ifşa edən daha bir material haqqında yazıb: […]

”Nardaran məhbusu” ilə bağlı Mehriban Əliyevaya müraciət olundu
- admin
- 20/06/2018
- 0
Nardaran məhbuslarının yaxınları Əbülfəz Bünyadova cəza verilməsindən narahatdır Nardaranda ikisi polis, dördü yerli sakin olmaqla, […]