“Təhsildə korrupsiya və cəzasız məmur ordusu”

WhatsApp Image 2017-10-18 at 15.29.25“Müstəqiliyin növbəti il dönümü və ya hamının bilib heç kimin söyləmədiyi ballada” – rayonlardan Bakıya özbaşınalıqlardan yazırlar

Son zamanla rregionlardan Bakıda fəaliyyət göstərən media orqanlarına edilən müracitələrin sayı artıb. Belə müracitlərdən biri də Şəkidən gəlib və onu redaksiyamıza bir müəllimə ünvanlayıb. Xəyalə Adıgözəlova  yazır ki, rayon məktəbləridən pul yığılması çox adi hala çevrilib: “Elə ay olur ki, hər həftə rayon təhsil şöbəsindən gəlib məktəblərdən pul yığırlar. Gah deyirlər Rayon İcra Hakimiyyətinin başçısı guya quruculuq və abadlıq işləri üçün müəllimlərin hərəsindən 30 manatdan pul yığılmasını tələb edir. Hər müəllim verməlidir. Rayonda 10 min nəfərdən çox müəllim və təhsil işçisi var. Bu yığılan məbləğ 300 min manat edir. Belə rüşvətdən və özbaşınalıqdan cana doymuşuq. Bilmirik evimizə bir tikə çörək aparaq yoxsa məmurların cibini dolduraq”.

Bundan sonra şikayətçi davam edir:  “Biz feodalizm dövrünü tarix kitablarından oxuyurduq. Öz başımıza gələndə əslində gördük ki, feodalizm dövrü bizim rayonda- Şəkidə davam edir. Kəndlilər feodala töycü verirdilər. Onun üçün əvəzi ödənilməyən işlər görür, yəni biyara gedirdilər. İndi biz də, o vəziyyətdəyik. Bunlara töycü veririk. Niyə hansı səbəbə görə bilinmir. Sadəcə ödəyirik. İşimizi itirməmək, çörəyimizi qazanmaq, balalarımızın ac qalmaması üçün. Övladlarımızın boğazından kəsib Əliyevlərin, Mehdiyevlərin, Cabbarovların qarnını doydururuq”.

Ardınca Xəyalə Adıgözəlova ölkə prezindetini də sərt şəkildə tənqid edərək rüşvətxor məmurlarla əlbir olmaqda ittiham edib: “Prezidenti Əliyev heç bir məmuru cəzalandırmır, mən də bir vətəndaş kimi təbii olaraq düçünməyə başlayıram: əcəba niyə görəsən? Tək bir cava gəlir ağlıma: əgər prezident bütün bunları bilmirsə onda niyə prezidentdir yox əgər bilir cəzalandırmırsa (düçünürəm ki bu məhz belədir) onda onun da bu korrupsiyada əli var. Yoxsa bu milləti soyanları sadəcə niyə seyr edib vəzifədə saxlayardı ki?”

Bəzən əyalət insanı olsa da bir çox ziyalılarınızın cəsarətinə heyran qalırsan. “Əhsən” deməkdən başqa əlimizdən heç nə gəlmir!