Bu da bildirlir ki, konstitusiya mətbuat azadlığına təminat versə də, hakimiyyət reallıqda medianı sərt şəkildə məhdudlaşdırır. Ölkədə hökumətin nəzarəti altında olmayan çox az sayda media qurumu var.Hesabatda xatırladılır ki, 2009-cu ildən Azərbaycanda BBC, AzadlıqRadiosu və Amerikanın səsi də daxil beynəlxalq yayın qurumları qadağan edilib.Hökumət davamlıı olaraq bəzi internet saytlarını bloklayıb. Hakimiyyət internetə nəzarət edir və tənqidçi blogerləri cəzalandırır.Hesabatda yada salınır ki, 2011-ci ildə dünyəvi yazıçı Rafiq Tağı Bakının mərkəzində 6 dəfə bıçaqlanıb və dörd gün sonra xəstəxanada dünyasını dəyişib. Xəstəxanada ölümündən az əvvəl verdiyi müsahibədə Tağı iddia edib ki, bu hücum naməlum İran agentlərinin və müsəlman təməlçilərin onun dünyəvi yazılarına görə qisası olub.Başqa bir dünyəviçi alim, Xəzər Universitetinin professoru Ağalar Məmmədov Tağının qətlinə cavab olaraq İran ekstremizmini tənqid edən məktub yazdıqdan sonra ölüm hədələrinə məruz qalıb və 2012-ci ilin aprelində Azərbaycandan qaçaraq İsveçə sığınıb.
Ermənistan
Hesabatda deyilir ki, Ermənistanda təhsil dünyəvi olsa da, kiləsinin təhsil sisteminə əhəmiyyətli müdaxiləsi mövcuddur. Bu özünü ilk növbədə Erməni Apostol (Griqorian) Kilsəsi tarixi dərsinin dünyəvi məktəblərdə icbari fənn olması ilə büruzə verir.Hesabatda qeyd olunur Ermənistanda kilsəyə tədris planlarının tərtibində və dərsliklərin hazırlanmasında birbaşa iştirak icazəsi verilir. Bundan başqa “Erməni Kilsəsi tarixi” fənnini öyrədəcək müəllimlər kilsə tərəfindən təyin edilə Bÿ da qeyd olunur ki, dövlət məktəbləri sinif otaqlarında prezidentin portreti ilə yanaşı Erməni Apostol Kilsəsi başçısının da portretlərini asmağa məcbur edilir.Hesabatda deyilir ki, 2012-ci ildə bəzi yerli medialar başqa dinləri təmsil edən 20-dək müəllimin dövlət məktəblərindən qovulduğunu yazmışdı.Bundan başqa qanun Erməni Apostol Kilsəsinə dövlət məktəblərində könüllü dini dərslərin təşkilinə icazə verir. Hesabatda deyilir ki, başqa dinlərin nümayəndələri üçün belə imtiyaz verilmir.
Gürcüstan
Hesabata görə, Gürcü Pravoslav Kilsəsinin hüquqları daha məhduddur. Gürcüstanda dövlətlə kilsə arasında imzalanmış konkordata (müqaviləyə) əsasən kilsə hakimiyyətdə məşvərətçi rola malikdir.Bundan başqa hərbi hissələrdə dini kapellanların təsdiqini kilsə həyata keçirir, kilsənin rütbəli xadimləri hərbi mükəlləfiyyətdən azad olunur.Hesabatda bu da vurğulanır ki, Gürcü Pravoslav Kilsəsi dövlətdən maliyyələşən yeganə dini qurumdur. 2012-ci ilə olan məlumata görə Gürcüstan kilsəsi dövlətdən 13, 7 milyon dollar dotasiya alıb.Bundan başqa Gürcüstan Pravoslav kilsəsi başqa dini qurumlardan fərqli olaraq vergidən azad edilib.“Azərbaycan hakimiyyəti dünyanı aldatmaqla məşğuldur”