İlham Əliyev “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Sərəncam imzalayıb.Sərəncam ilə 2018-ci ildən başlayaraq İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil qrantı proqramı təsis edilir.Təhsil alanlar üçün təhsil qrantının say həddi hər il 20 nəfər olmaqla 5 il ərzində 100-ə çatdırılacaqdır.Həmin qrant dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrinə gediş-gəliş xərclərini əhatə edir.
Related Posts

Obama və Ərdoğan görüşdü
- admin
- 04/09/2016
- 0
“Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayip Ərdoğan və Barak Obama […]

İlqar Məmmədovdan yeni təyinatlar
- admin
- 28/03/2016
- 0
Azər Qasımlı, Natiq Cəfərli, Erkin Qədirli və Xalid Bağırov REAL-da mühüm postlara təyin olunub Martın […]

Bakı “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
- admin
- 07/01/2017
- 0
Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb. APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi […]