«Kanal 13» internet televiziyasının icraçı direktoru Əziz Orucova 7 il həbs cəzası istənilib. Dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində ittihamı müdafiə edən prokuror Ramin Nağdəliyev bu təkliflə çıxış edib.Prokuror deyib ki, Ə.Orucova CM-nin 192 (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə verilmiş ittiham məhkəmədə sübuta yetirilib. Jurnalist Ədliyyə Nazirliyində qeydə alınmamış qrant vəsaitləri ilə layihə həyata keçirməkdə suçlanır.Prokurorun çıxışından sonra Ə.Orucovun vəkilləri müdafiə nitqinə hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib. Mirzə Xankişiyevin sədrlik etdiyi hakimlər kollegiyası müdafiəçilərə dekabrın 12-nə qədər vaxt verib.
Related Posts
Siyasi mühacirin atası polisə çağırılandan bir müddət sonra dünyasını dəyişdi.
- admin
- 19/02/2017
- 0
İntiqam bəy, haqqınızda qısa da olsa məlumat verməyinizi xahiş edirik. Diqqətinizə çatdırıram ki, mən “Avropa […]

«Human Rights Watch» təşkilatının Azərbaycan haqda yeni hesabatı.
- admin
- 20/10/2016
- 0
«Azərbaycanda həbslər kəskin artıb. Hökumət tənqidçilərin və müstəqil qrupların sərt şəkildə susdurulması və təqibini davam […]

İran Pokemon oyununu qadağan edib
- admin
- 09/08/2016
- 0
“The Guardian” yazır ki, İranda internetin filtrlənməsi həyata keçirilir, lakin bu vəziyyət milyonlarla istifadəçinin müxtəlif […]