«Hacı Məmmədov xeyli sirləri özüylə apardı».

eyyub-kerimov2

«Hacı Məmmədov xeyli sirləri özüylə apardı». Hüquqşünas Əyyub Kərimov belə deyir. Onun sözlərinə görə, bu hadisə bəzi suallar doğurur:

«Niyə indi? Özünü asıbsa, yəqin bu şərait ona yaradılıb ki, bundan istifadə edə bilib. Və ya mühafizəsi normal olmayıb ki, intihar edə bilib. Bəlkə müalicəsi normal olmayıb? Bəlkə onunla bağlı məsələlərə birdəfəlik son qoymaq istəyiblər? Bəlkə də başqa məsələlər var… Bunlar suallardır. Çox təəssüf ki, o danışmadı. Bildiklərinin çoxunu özüylə apardı».