Almanıyada yaşayan soydaşlarımız Azərbaycanda insan hüquqlarının vəziyyəti ilə bağlı dekabrın 9-da növbəti aksiya keçirməyə qərar veriblər.
Aksiyanın təşkilatçısı Pərvin İsmayılovun sözlərinə görə, kütləvi aksiya Almanyanın Aschaffenburg şəhərində 9 dekabr saat 13:00-da başlayacaq. Və mitinqdə Pərvin İsmayılov bildirir ki, keçiriləcək aksiyanın təbliğatı üçün Almaniyada yaşayan soydaşlarımız məlumatlandırılıb və Azərbaycandakı insan hüquqlarının vəziyyəti ilə bağlı Aschaffenburg şəhərinin sakinlərinə vərəqələr paylanılıb:
“Almaniyada və ətraf ölkələrdə yaşayan bütün soydaşlarımızı 9 dekabrda keçirəcəyimiz aksiyaya qoşulmağa cağırırıq. Azərbaycanda demokratiyanın bərqərar olması, siyasi məhbusların azadlığa çıxması üçün başladığımız kampaniya Almaniyadan başqa Avropanın başqa ölkələrində də davam etdiriləcək”.