Bakının işğaldan azad olunmasının 97-ci ildönümü münasibətilə İstanbuldakı Kazım Qarabəki Paşa muzeyində anma mərasimi təşkil edilib.
Mərasimdə Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov, “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər, “Araz yayınçılığı”nın baş direktoru, yazıçı-publisist Kəbutər Haqverdi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədr müavini Mətin Özər və başqaları çıxış ediblər.
Onlar 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Ordu Korpusunun Bakıya daxil olaraq paytaxtımızı erməni-bolşevik işğalından azad etməsinin tarixi əhəmiyyətindən danışıblar. Həmçinin Kazım Qarabəkir Paşan komandanlığı ilə Osmanlı dövlətinin şərq cəbhəsindəki ordu birləşmələrinin Naxçıvan və ətraf bölgələrin düşməndən təmizlənməsindəki tarixi missiyası və türk döyüşçülərinin şücaətləri barədə məlumat verilib.
Kazım Qarabəki Paşa Fondunun rəhbəri, K.Qarabəkir Paşanın qızı Timsal Qarabəkir atasının keçdiyi rəşadətli döyüş yolu, o cümlədən erməni silahlılarının indiki Türkiyənin şərqində törətdiyi ağır cinayətlərdən söhbət açıb.
Tədbir çərçivəsində 1918-ci ilin 31 mart hadisələrinə və Xocalı soyqırımına dair kitab, jurnal və digər əyani vəsaitlər sərgilənib.azərtag.com
Xebername.info