Prezident İlham Əliyev “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyib ki, Azərbaycan hakimiyyətinin baramaçılığa meylinin səbəbi məmurların maraqları ilə bağlıdır.
“Beynəlxalq Bankın həbsdə olan prezidenti Cahangir Hacıyevin baramaçılıqda payı vardı. Hazırda biznes başqa bir məmurun nəzarətinə keçirilib və dövlət büdcəsi hesabına barama istehsalçılarına 1 kiloqram yaş barama üçün 5 manat subsidiya verilir. Mexanizm belədir: barama dövlət vəsaiti hesabına ucuz alınır, ardınca emal müəssisəsi də ucuz xammalla təmin olunur, amma gəliri məmur mənimsəyir”.
Vahid Məhərrəmov deyir ki, 2025-ci ildə istehsalı 6 min tona çatdırmaq üçün geniş çəkil bağları salmaq və bu işlə məşğul olan kəndlilərin sayı artırılmalıdır. Bunlar hamısı əlavə kapital qoyuluşu tələb edir. İkinci, ən əsası bu işlə məşğul olan fermerlər istehsal etdikləri məhsulu inhisarçı məmurun nəzarətində olan emalçı müəssisəyə satmağa məcbur olacaqlar. Hökumət fermerlərdə maraq yaradıb investisiya qoymasına nail olmaq üçün subsidiya verir, bir müddət sonra azaldacaq:
“Bu gün yaş baramanı Qazaxıstan 3 dollara ixrac edir, Azərbaycan isə 3 dollardan artıq subsidiya ödəyir. Bu, məhsul istehsal üçün 100 faiz subsidiya ödəmək deməkdir, bu cür davam edə bilməz. Ümumdünya Ticarət Təşkilatının tələbində ən yuxarı hədd 10 faiz ola bilər. Deməli, gələcəkdə subsidiya aradan qaldırılacavə fermerlər çıxılmaz durumda qalıb çəkil bağlarını ləğv edəcəklər. Əslində, hakimiyyət bununla kəndlilərə tələ qurur. Baxın, hökumətin hesablamasına görə baramaçılıq 30 rayonu əhatə edir və 3 min adam məşğul olur. Hər 4 nəfərlik ailəyə ildə 700 manat düşür. Bu, nonsesdir. Ona görə proqramda yazılanlar da kağız üzərində qalacaq”.