Tanınmış xanəndə, Əməkdar artist Aygün Bəylər muğam dəstgahı yazır.Xəbərnamə.infonun məlumatına görə, Xanəndə “Ölkə.Az”a açıqlamasında bildirib ki, muğam dəstgahını musiqi aləmi adından Birinci Vitse-prezident Mehriban Əliyevaya ithaf edəcək: “Yeni dəstgah və muğam yazıram. Bu işə neçə illərdir başlamaq istəyirdim. Vasif Adıgözəlov, Tofiq Quliyev kimi sənətkarların yanında Quliyev kimi sənətkarların yanında böyümüşəm. Bu gün də onların böyüklüyünə, dəstəyinə çox htiyacım var. Onlar yoxdular, bir az sıxılıram ki, nəsə ortalığa çıxararam, istədiyim kimi alınmaz. Bunu sürpriz saxlamaq istəyirdim, amma soruşdunuz, deyirəm. Bir musiqiçi, sənətkar kimi muğamımızı dünyada birinci yerdə hesab edirəm. Mehriban xanım Əliyevaya minnətdarlıq əlaməti olaraq musiqi aləminin adından qəlbimizin səsini çatdırmaq istədim. Dəstgahın adı “Mehribani”dir və simfonik orkestrlə yazılacaq. Yeni başlamışam”.Xanəndə bildirib ki, “Mehribani”ni ilin sonuna qədər tamaşaçılara təqdim edəcək.
Related Posts

Ermənistanda “Qarabağ bizə lazım deyil”, “Övladlarımızı bizə verin” kimi şüarlarla kütləvi aksiyaların başlayacağı gözlənilir.
- admin
- 04/04/2016
- 0
Aprelin 1-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrini və hərbi hissələrini atəşə tutması bu […]

Ukrayna qalib gəldikdən sonra, Rusiya nəticələrə “yenidən baxmaq” çağırışı edib.
- admin
- 15/05/2016
- 0
İsveç paytaxtı Stokholm şəhərində keçirilən Eurovision- 2016 mahnı müsabiqəsində Ukrayna qalib gəldikdən sonra, Rusiya nəticələrə […]

“Səni deyirlərə” oynayan təbrizli qız sorğu-sualdan sonra buraxılıb
- admin
- 07/09/2018
- 0
Bu barədə xəbəri ABŞ-da yaşayan,Azərbaycan Milli Dirəniş Təşkilatının Sözcüsü Babək Çələbiyani yayıb: “Son məlumata əsasən […]