İqtisadçı Qubad İbadoğlu öz “Facebook” səhifəsində bununla bağlı videoşərh paylaşıb. İqtisadçı deyir ki, 2018-ci ilin dövlət büdcəsi müzakirəyə gec çıxarılıb. Müzakirələr azı bir ay öncə başlamalı idi:
“Büdcənin 40 faizinin necə xərclənməsindən heç parlament üzvlərinin də xəbəri yoxdur.İqtisadçı bildirir ki, Azərbaycanın büdcəsi ABŞ-da fəaliyyət göstərən bəzi universitetlərin büdcəsindən belə kiçikdir: Harvardın büdcəsi 35 milyarddır. Azərbaycan büdcəsi isə onun üçdə biri qədərdir. Onu da deyim ki, büdcə ötən il ərzində “Apple” şirkətinin əldə etdiyi xalis mənfəətdən də azdır. Şirkətin ötənilki mənfəəti 39 milyard olub. Hesab edirəm ki, Azərbaycanın büdcəsi kiçikdir, çünki iqtisadiyyat kiçik, ölkədəki gizli iqtisadiyyatın səviyyəsi isə yüksəkdir. Gizli iqtisadiyyatdakı əməliyyatlardan isə büdcə xeyir götürmür. Çünki həmin əməliyyatlar vergidən yayındırılır”.