Merkel: Zəif hökumətdənsə, yeni seçki yaxşıdır

16808754_1418516841523068_427732661_n

“The Guardian” yazır ki, Angela Merkel zəif hökumətə rəhbərlik etməkdənsə, yeni seçkiyə getməyin daha yaxşı olduğuna işarə edib.Məqalədə deyilir ki, Almaniyada koalisiya hökumətinin qurulması üçün aparılan danışqılar iflasa uğradıqdan sonra on il bundan əvvəl kansler olmuş Merkelin siyasi hakimiyyəti üçün ən ciddi təhlükə yaranıb.

“The Guardian” yazır ki, indi artıq 2018-ci ilin yazında keçiriləcək yeni seçkilərin üfüqləri görünür.Bundan əvvəlki seçkidə CDU-nun koalisiya şəriki olmuş sosial-demokratlar indiki vəziyyətdə belə bir ittifaqın mümkünlüyünü istisna ediblər.

Martin Schulz deyib ki, CDU digər iki partiya ilə birlikdə Almaniyanı çətin duruma salıb və alman xalqına yeni seçim imkanı verilməlidir.