Yalçın İmanov Vəkillər Kollegiyası üzvlüyündən çıxarılıb

9508F6A9-1C48-4438-9C37-3A8568420E6A_cx0_cy14_cw0_w1023_r1_s

Noyabrın 20-da Vəkillər Kollegiyası vəkil Yalçın İmanovun vəkillik fəaliyyətinin dayandırılmasına qərar verib.Kollegiya bununla bağlı iltizam icraatı ilə bağlı qərar qəbul edib Bu barədə vəkilin özü bildirib.

Yalçın İmanov bildirib ki, kollegiya Penitensiar Xidmətin avqust ayında onun barəsində şikayətini əsas götürərək qərar verib: “Guya mən ölkədə sabitliyi pozuram, mitinqləri təşkil edirəm, dindarlara təzyiq görüntüsü yaradıram, xaricdəki qüvvələri fəallaşdırıram. Kollegiyada bununla bağlı iltizam icraatı ilə bağlı qərar qəbul etdilər”.

Vəkil deyib ki, bugündən etibarın onun vəkillik fəaliyyəti dayandırılıb, yekun qərarı məhkəmə verəcək:

“Mən də hüquqi addımlar atacam”.