“Xebername.info” “Qafqazinfo”-ya istinadən xəbər verir ki, dünən İmişlinin Qızılkənd kəndində valideynlər etiraz aksiyası keçirib.
Bu barədə “Qafqazinfo”ya kənd sakini Cəlal Abbasov məlumat verib. O bildirib ki, sentyabrın 15-də valideynlər Habil Hüseynov adına məktəbin qarşısında etiraz aksiyası keçiriblər və övladlarını da məktəbə göndərməyiblər: “Məktəbın vəziyyəti acınacaqlı haldadır. Bizdə videoya çəkib paylaşdıq ki, bir yardım edilsin, burada insan təhsil alır. Bina özü köhnə tikilidir, son bir neçə ildə də videoda gördüyünüz kimi dağılmış vəziyyətdədir. Hələ bu vaxta kimi bir dəfə də olsun o məktəb təmir olunmayıb. Direktor da deyir ki, baxılacaq, başqa heç nə demir”.
İmişli Rayon İcra Hakimiyyətinin Mətbuat Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, bu gün icra başçısı Vilyam Hacıyev rayon ağsaqqalları və bir neçə valideynlə görüşüb. Görüşdə valideynlərin diqqətinə çatdırılıb ki, artıq bununla bağlı Nazirlər Kabineti və Təhsil Nazirliyi ilə tədbirlər həyata keçirilir: “Bu il ərzində məktəblə bağlı problem həll olunacaq. Ya məktəb əsaslı təmir olunacaq, ya da yeni məktəbin tikilməsi gözlənilir”.
https://youtu.be/oGmYcQYgAw4
xebername.info