Noyabrın 17-də Bakı Apelyasiya Məhkəməsində həbsdə olan bloger Mehman Hüseynovun növbəti iclası baş tutub.Hakim Əflatun Qasımovun sədrlik etdiyi iclasda Hüseynovun vəkili Fuad Ağayev çıxış edib. O, M.Hüseynov saxlanılan zaman olan videogörüntülərə, Nəsimi rayon Polis İdarəsinin qarşısında olan videogörüntülərə baxılmasını istəyib. Bildirib ki, əgər videogörüntülər məhkəməyə təqdim edilsə və baxılsa, həqiqət üzə çıxar:
Məhkəmə fasilədən sonra qərarı elan edib. Qərara görə vəsatətlər təmin edilməyib və növbəti iclas dekabrın 1-nə təyin edilib.
Növbəti proses dekabrın 1-də keçiriləcək