Bərdədə mitiniq iştirakçısı nəzarətə götürüldü

Samir Nağıyev “Polis bildirdi ki, gələcəkdə özünü yaxşı aparmasan daha ağır cəza alacaqsan”

Samir_1S.Nağıyev qey edir ki, regionlardan mitinqə gələnlərə xüsusi diqqət yetirilir: “Artıq demək olar ki, regionlarda növbəti mitinqlərə getməmək üçün aktiv, ictimai fəallara qarşı təzyiqlər və sıxışdırılma başlamışdır. Mən tanıdığım bi neçə nəfəri də Şirvanda, Tərtərdə, Mingəçevirdə və s. rayonlarda polislər dindirmiş və mitinqdə iştirakla bağlı sorğu-sual etmişlər”. S.Nağıyev eyni zamanda mitinqdən sonra özünün də incidildiyindən ətraflı danışdı: “Deməli 9 apreldə mən Bərdə rayonuna qayıtdım. 10 apreldə polis əməkdaşları evə gələrək məni polisə dəvət etdilər. Doğrusu atam çox təlaş keçirdiyindən narahat oldum. Lakin, evdəkiləri sakitləşdirdikdən sonra şöbəyə getdim. Şöbədə iki nəfər polis zabiti məni 3 saata kimi dindirdilər. Mitinqə niyə getdiyimi, İlqar Məmmədovun şəklini niyə əlimdə tutduğumu soruşdular. Ümumiyyətlə deməliyəm ki, dindirmə olduqca gərgin keçdi və mən orada olduğum zaman özümü təzyiq altında hiss etdim. Polis əməkdaşları üstümə qışqırır və məni təhqir edir, söyüş söyürdülər. Mən bu cür dindirmənin düzgün olmadığını bildirdiyim zaman mənə dedilər ki, İlqar Məmmədovun Amerikadakı havadarlarına deyərsən səni düzgün danışdırarlar”.

Samir Nağıyev daim nəzarətdə olmasını h12okt2014-mitinq3iss etdiyini bildirdi: “15 apreldə isə sahə müvəkkili məni öz kabinetinə dəvət etdi. Bildirdi ki, mənə görə onun da başı ağrıyır və rəis mənimlə bağlı onu incidir. Sahə müvəkkili mənə dedi ki, mənim keçmiş bütün fəaliyyətim araşdırılır və gələcək fəaliyyətimdə bunu nəzərə almalıyam”.

S.Nağıyev keçmişilə bağlı ətraflı məlumat verməsə də, qısa olaraq onu bildirdi ki, həmişə ictimai proseslərə görə təzyiqlərə məruz qalıb. “Buna görə işlədiyim özəl şirkətdən də çıxarılmışam və həmişə təzyiqə məruz qalmışam. Son mitinqdə isə İlqar Məmmədovun şəklini saxlamağım Əliyevlər rejimini ciddi narahat edib. Bu, mənim seçimimdir və hesab edirəm ki, İlqar Məmmədov və digər siyasi məhbuslar haqsız olaraq həbsxanadadırlar”.