Avropa Parlamentindən İlham Əliyevə çağırış: Bütün siyasi məhbuslar azad edilsin

avroparlament1

Avropa Paralemtinin bir qrup deputatı jurnalist Əfqan Muxtarlının işi ilə əlaqədar Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib.Deputatlar Avropa Parlamentinin 15 iyun 2017-ci il tarixli qətnaməsinə əsaslanaraq Muxtarlının həbsini pisləyir və onun dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edirlər.

Onlar habelə xaricdə yaşayan və işləyən azərbaycanlı jurnalsitlərinin təqibini və hədəflənməsini dayandırmağa çağırırlar.

Avropa deputatları məktubda onuda bildirirlər ki, hökumət və müxalifət arasında mehriban münasibətlər, habelə insan haqlarının müdafiəsi Azərbaycanda demokratiyanın inkişaf etdirilməsi üçün son dərəcə zəruridir.

Məktubda deyilir: “Buna görə də Əfqan Muxtarlının və bütün siyasi məhbusların azad edilməsi Azərbaycan hakimiyyətinin Avropa İttifaqı ilə əməkdaşlığa və partnyorluğa həqiqi sadiqliyini nümayiş etdirərdi”.

Məktubu Avropa Parlamentinin 44 deputatı imzalayıb.