Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı noyabrın 14-də dünyada İnternet azadlığının vəziyyəti haqqqında “İnternet azadlığı – 2017: Demokratiyanın sarsılması üçün sosial medianın manipulyasiyası” adlı illik hesabatını dərc edib.
Araşdırmada qeyd edilir ki, ən az 18 ölkədə seçkilərdəİnternetdə manipulyasiya və dezinformasiya taktikasından istifadə olunub.
Son yeddi ildə faktiki olaraq bütün dünyada İnternetdə məhdudiyyətlərin güclənməsi tendensiyası müşahidə olunur.
Hesabatın bəzi hissələrində Azərbaycanla bağlı xüsusi məqamlara toxunulur.
Belə ki, Azərbaycanda, Bəhreyndə, Meksikada və Çində sosial mediada istifadəçilərin hesabları haker hücumları vasitəsilə izlənilir.
İnternetdə müstəqil ekspertlər belə bir nəticəyə gəlirlər ki, bu hücumların arxasında hökumət durur.
Hesabatda İnternet manipulyasiyalarının beş növü təsnif edilir və onların 4-ü Azərbaycanda tətbiq edilib.