Bir tikə çörəyə möhtac qalan Naxçıvan əhalisi Muxtar Respublikanı tərk edir.

Azərbaycanın gözəl tarixi diyarlarından olan Naxçıvan MR-nin əhalisi buranı tərk edərək İğdır şəhərindən Türkiyənin müxtə23517841_1265260916954012_8889116062876666315_nlif şəhərlərinə işləməyə gedirlər. Bu barədə özünün facebook hsabından ictimai fəal, vaxtilə Naxçıvanda siyasi məhbus omuş və ağır işgəncələr almış Nadir Məmmədov məlumat vermişdir. Statusda bildirilir ki, hər gün Iğdıra gələn naxçıvanlıları buradan Avtobuslar Türkiyənin İstanbul və digər şəhərlərinə aparır. N.Məmmədov bu statusda vəziyyətə görə Azərbaycan hökumətini və Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovu tənqid edir. Statusa yazılan rəylər və şərhlərdən o nəticəyə gəlmək olur ki, doğrudan da vəziyyət kritikdir. Onlarla insan bu mənzərənin canlı şahidi olmasını, naxçıvanlıların yoxsulluq içində yaşadıqlarını bildirirlər. Rəy bildirənlər Vasif Talıbovun MR-ni öz metodlarıyla idarə etməsini, eyni zamanda PKK-ya dəstək verən kürdlərin Naxçıvana yerləşdirilməsini ürək yanğısıyla bildirirlər. Məsələylə bağlı məlumatları işıqlandırmağa hazırıq.