Fransa məhkəməsi Azərbaycanın xarici jurnalistlərə senzura qoya bilməyəcəyi qərarını çıxarıbFransa məhkəməsi Azərbaycan hökumətinin iki fransalı televiziya jurnalistinə qarşı iddiasına baxıb. Jurnalistlər Elise Lucet və Laurent Richardın məhkəməsi Parisin Nanter bölgəsində olub.
2015-ci ilin sentyabrında “France 2” televiziyası ilə yayımlanan araşdırma proqramında E.Lucet Azərbaycanın “dünyanın ən qəddar diktaturaları”ndan biri olduğunu söyləyib.
Richard isə “France Info” radiosuna müsahibəsində Azərbaycana “diktatura” deyib.
Hadisə Fransanın o zamankı prezidenti François Hollande-ın Azərbaycana səfəri zamanı baş verib.Azərbaycan hökuməti jurnalistləri məhkəməyə verib.
Azərbaycan hökuməti jurnalistləri məhkəməyə verib.
Noyabrın 7-də məhkəmə Azərbaycan hökumətinin Fransada jurnalistlərə senzura qoya bilməyəcəyi ilə bağlı qərar verib.
Bu barədə jurnalist Laurent Richard “Facebook” səhifəsində də yazıb. O bildirib ki, artıq məhkəmənin də rəsmi qərarı var:
Azərbaycan diktatura adlandırıla bilər və Azərbaycan xaricə senzura ixrac edə bilməz”.