“Azadlıq” qəzetinin müxbirinin məhkəməsi başlayıb.

Oktyabrın 30-da Şirvan Apellyasiya Məhkəməsində “Azadlıq” qəzetinin bölgə müxbiri Ziya Əsədlinin məhkəmə prosesi başlayıb. Onun özü ilkin baxış iclasında iştirak etməyib. Bu haqda jurnalistin vəkili Elçin Sadıqov bilgi verib.

E.Sadıqov məhkəmə qarşısında üç vəsatət qaldırdığını söyləyib: “Ziya Əsədlinin istintaqı qapalı aparılıb, istədiyi vəkili cəlb etmək imkanı olmayıb. Həbs edilməsi də gözlənilməz olub. Bu işdə xeyli qaranlıq məqamlar var. Ona görə də məhkəmənin istintaqla aparılması barədə vəsatət verdim”, – vəkil bildirib.

Vəkilin sözlərinə görə, məhkəmə vəsatətləri rədd edib.

Vəkilin digər vəsatəti Z.Əsədlinin barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda olub, məhkəmə heyəti bu vəsatəti də əsassız sayıb.

Daha bir vəsatət bütün iş materiallarının surətinin müdafiə tərəfinə təqdim edilməsi haqda olub və yalnız bu vəsatət təmin edilib.

Məhkəmə prosesi noyabrın 7-nə təyin edilib.