AXCP sədri Əli Kərimli mitinq öncəsi hakimiyyətin ucuz və primitiv antitəbliğat tədbirləri haqqında fikirlərini fb səhifəsində bölüşüb:
Tam məsuliyyətlə bəyan edirəm, 28 oktyabr, saat 15:00-17:00 arası Bakı şəhərində ən təhlükəsiz yer İnşaatçılar metrostansiyası yaxınlığındakı “Məhsul” stadionu – mitinq meydanı olacaq. Əvvəla, mitinqdən öncә stadion minaaxtaranlar tərəfindən qarış-qarış axtarılır. İkincisi, mitinqə gələn adamların hamısının üstü axtarılır ki, heç kim (istəsədə) stadiona partlayıcı maddə və ya silah gətirə bilməsin. Üçüncüsü, mitinq razılaşdırılıb və təhlükəsizliyə dövlət özü təminat verib.
Mitinqə bir gün qalmış DTX-nın “Milli Şuranın mitinqində terror aktı törətmək istəyən şəxslər məhv edilib” tipli məlumat yayması isə mitinqin özünə qarşı ideoloji təxribatdır. Məqsəd adamlarda qorxu, narahatlıq yaratmaq, mitinqə gələnlərin kütləviliyinə ziyan vurmaqdır. Birincisi, Azərbaycan vətəndaşlarını məhkəməsiz-sübutsuz vurub öldürmək praktikasına son qoyulmalıdır. İkincisi, şükürlər olsun Allaha ki, bu ölkənin dindarı da (məzhəbindən asılı olmayaraq), radikalı da, liberalı da terrorun, qan tökülməsinin əleyhinədir. Üçüncüsü, hökumətin əlində terror hazırlığı haqda gerçəkdən də etibarlı məlumatlar varsa, buyursun, tәsdiqlәyici fotoları, video vəsəs yazılarını ictimaiyyətə təqdim etsin.
Və nəhayət, yalançının yaddaşı olmaz. MTN əvvəlki illərdə dəridən-qabıqdan çıxıb, çalışırdı ki, Milli Şuranın mitinqlərində agentləri vasitəsilə İŞİD bayrağı qaldırıb bizi İŞİD-ә bağlasın, nə oldu, alınmadı? Heç kim inanmadığı üçün indi də bizi – dünənəqədər “İŞİD-çı” kimi təqdim etmək istədiklərinizi indi də terrorun hədəfi elan eləmisiniz? Əlinizdə dövlətin bu qədər resursu var, ancaq çox primitiv planlar qurursunuz. Bilmirsiniz ki, mitinqə gələn adamlar sizləri təkcə talançı yox, həm dəyalançı sayır? Yalanlarınıza etiraz üçün mitinq edən adamlar sizin sözünüzə inanıb, mitinqdən kənar duracaqlar? Tam əksinə, xalq gördü ki, mitinqlərin davamlı olması, yüksələn xəttlə getməsi sizləri qorxudur. Ona görə də əziz həmvətənlər, inadına hamılıqla #28oktyabr mitinqinə gəlin, oğru və korrupsionerləri məyus edək, talana vəyalana daha uca səslə etiraz edək!