Almaniyanın Ludwigshafen şəhərində ictimai fəalların növbəti mitinqi olacaq.

Almaniyanın Ludwigshafen şəhərində  28.10.2017  tarixində  ictimai  fəallar Elmir Şirəliyev və Emin Şirəliyevin təşkilatçılığıyla “SİYASİ MƏHBUSLARA  AZADLIQ” və  “DİKTATURAYA  SON” çağırışıyla mitinq keçiriləcək.  Saytımıza  Almaniyada siyasi mühacir həyatı yaşayan ictimai fəal və mitinqin təşkilatçlarından biri olan Emin Şirəliyev aksiyanın məqsədi barədə qıssa məlumat verdi:

“İlham Əliyev rejimi Azərbaycanda siyasi fikir azadlığını məhv etdiyindən bu cür tədbirlərin keçirilməsinə ehtiyac vardır.Azərbaycanda siyasi hakimiyyət tənqidi fikrə dözümsüzlük nümayiş etdirərək jurnalistləri, gənc aktivləri, QHT nümayəndələrini həbs etməkdən və onlara işgəncə verməkdən vaz keçmir. Buna görə də beynəlxalq ictimaiyyətə göstərmək lazımdır ki, Azərbaycanda siyasi vəziyyət hansı durumdadır”.

22656424_1495264713872313_146056773_n