Aİ-nin DİN başçıları miqrasiya böhranını müzakirə edəcəklər.
Almaniya sərhədlərində Şengen sazişinin ən azı bir neçə həftə ərzində dayandırıldığını elan edib.
Xebername.info, euronews-a istinadən xəbər verir ki, ölkəyə daxil olanlara nəzarət əsasən Avstriya ilə sərhəddə gücləndiriləcək. Məhz buradan Almaniya Federativ Respublikasına qanunsuz mühacirlər axın edir.
Almaniya sərhəddinin digər hissələrində, əsasən Belçika və Lüksemburqda da sənədlərin seçmə yoxlaması aparılır.
Daha öncə Almaniyanın rəsmi şəxsləri Avropa İttifaqının digər üzvlərini və şengen sazişinin iştirakçılarını mühacir axını üçün bağlamaq cəhdlərini dəfələrlə tənqid ediblər.
Almaniya Federativ Respublikasının Daxili işlər naziri Tomas de Mesyer:
“Şengenin dayandırılması – problemin həlli deyil, amma gələnlərin sayını azaltmağa, sərhədlərdə hansısa qanun-qaydanın bərpa edilməsinə cəhddir, eləcə də Almaniyanın Avropa ilə həmrəyliyə ehtiyacı olmasının əlamətidir”.
Almaniyanın dəmir yolu bazar ertəsi səhərdən Avstriya və Almaniya arasında hərəkəti bərpa edib. Zalsburq-Münhen xətti istisna olmaqla, bu xətt mühacirlər tərəfindən blok edilib.
Ötən istirahət günləri ərzində Münhenə Avstriyadan 20 min mühacir gəlib. Bavariya hakimiyyəti praktiki olaraq hər gün regionun və paytaxtın xariciləri qəbul etmək imkanlarının tükəndiyinə dair bəyanat verirlər.
Mətləb BALAKİŞİYEV