Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycanla bağlı iki qətnamə qəbul edildi. Həmin qətnamələrdə ölkədə siyasi məhbusların mövcudluğu, ifadə azadlığı, məhkəmə hakimiyyətinin müstəqil olmaması barədə məqamlar əks olunub.
Ancaq Azərbaycan hökuməti bu qətnamədə əks olunanları rədd edərək, AŞ PA-nı qərəzdə ittiham edir.
Hətta Azərbaycanın bu qurumda fəaliyyətini dayandırmaq haqqında fikirlər belə gündəmə gəlib.
Milli Məclisin Müdafiə, təhlükəsilik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc Gununsesi.info-ya müsahibəsində yaranmış vəziyyəti dəyərləndirib.
-Hesab edirsiniz ki, Azərbaycan Avropa strukturları ilə sıx əməkdaşlıq etməyi qarşısına məqsəd qoysa da, qarşı tərəf adekvat addım atmır. Bəs o zaman, bu qətnamələr nədən qaynaqlanır və Azərbaycana təzyiqin səbəbinin kökündə nə dayanır?
-AŞPA ilə Azərbaycan arasında qarşıdurma demək olar ki, artıq açıq müstəviyə keçib və kimsə bunu dana bilməz. Və burada da günah Azərbaycanda yox, qarşı tərəfdədir. Biz sıx əməkdaşlığın tərəfdarı olmuşuq. Ancaq qarşı tərəf hər fürsətdə Azərbaycana qarşı ədalətsiz mövqe sərgiləyib. Elə AŞPA-nın son qətnaməsinin müddəlarına baxsaq görərik ki, bunun kökündə Azərbaycana təzyiq edib, öz niyyətlərini həyata keçirmək planı dayanır. Yəni, bu yolla Avropa öz adamlarını Azərbaycan hakimiyyətində yerləşdirmək və təmsilçiləri vasitəsi ilə Ukraynadakı kimi bir idarəetmə modeli formalaşdırmaq istəyir.Bilirsiz Kataloniya sepratizmini təhlil edərkən bir məqam hamımızı dərindən düşündürməlidir.Barselonada deyirlər ki,avrobürokratiya o dərəcəyə çatıb ki,onlar Madrdiddəki mərkəzi hakimiyyəti tanımırlar.Yəni,dövlətüstü çinovniklər Brüsseldən İspaniyanı idarə edəndə ucqarlar və etnik-milli mərkəzlər mərkəzdən qaçıb müstəqlliyə can atırlar.Ona görə də Bakı hakimiyyəti idarə etmək səlahiyyətlərini Brüsselə və Strasburqa verə bilməz.Biz buna dair öhdəlik götürməmişik.Ona görə də qətnamələrdən 2018-ci ilin prezident seçkilərinin və Azərbaycanı ələ keçirməyə çalışan qüvvələrin nəfəsi,səsi duyulur.. Digər məsələ, iqtisadi maraqlarını təmin etməkdir.
– Həmin qətnamədə İlqar Məmmədova azadlıq istənilir. Xatırladım ki, Azərbaycan Avropa Şurasına üzvlükdən sonra Strasburq Məhkəməsinin qərarlarının icrasını üzərinə öhdəlik kimi götürüb. Azərbaycandan öz öhdəliyinə əməl etmək tələb olunur. Digər məqam, İlqar Məmmədovla bağlı israr nədən doğur, o, bu qədərmi hakimiyyət üçün təhlükədir ki, həbsdə saxlanılır?
-Unutmayın ki, 2003-2005-ci illərdə İlham Əliyevin prezdeintliyinin birinci mərhələsində,Azərbaycanın mövqelərinin indiki kimi oturuşmadığı, neft gəlirlərinin mühüm iqtisadi və siyasi gücə çevrilmədiyi bir zamanda Rəhim Qazıyev, Surət Hüseynov, Əlikram Hümbətov kimi hərbi-siyasi qruplaşamaların liderləri həbsdən azad olundular.O adamlar 90-cı illərin qeyri-sabitliyinin əsas səbəkarları olsalar da,21-ci əsrdə dövlətin müvazinətini poza bilmədilər.Məsələ bu gün kiminsə məhbəsdən çıxmasında deyil.
Məsələ ondadır ki, İlqar Məmmədov azad olunsaydı və orada irəli sürülən tələblər yerinə yetirilsəydi belə, yenə başqa məsələlər tapılacaqdı, bəhanələr gətirələcəkdi.
Siz təsəvvür edin, bu gün dünyada münaqişələr nəticəsində kütləvi insan təlafatı baş verir, bütöv bir xalqın hüquqları kobud şəkildə pozulur və sair. Bütün bunlar müharibənin yaratdığı fəsadlardır,deyib,üstündən keçirlər və bəşəri cinayətlərin adiləşdirilməsi prosesi gedir.Ancaq hansısa ölkədə bir fərdin hüququ pozulur və yaxud ona cəhd edilir, bu məsələ ölkədaxili müstəvidən çıxıb olur beynəlxalq məsələ.Və bax beynəlxalq təşkilatlar və qüvvələr bu metodlardan istifadə edərək, ölkələrin daxili işinə müdaxilə edib, öz niyyətlərini həyata keçirməyə çalışırlar. Elə götürək bir müddət öncə beynəlxalq mediada Azərbaycana qarşı aparılan qara piarı. Məqsəd nə idi?! Hansısa qüvvə Azərbaycanın valyuta ehtiyatlarının bir hissəsini idarə etmək arzusuna düşümüşdü. Ona verilən cavabdan sonra çevrəsində olan media və xarici QHT-lər vasitəsi ilə Azərbaycana təzyiq etməyə çalışırdı.Mən Sorosu nəzərdə tuturam. Odur ki, məsələyə dar çərçivədən deyil, bir az daha geniş prizmadan yanaşmaq lazımdır. Bir daha təkrar edirəm ki, burada problem bir fərddən getmir. Əgər sorun busa, həll etmək olar. Ancaq, yeni provakasiyalar və nimünaqişə ocaqları tapıb dövlətin enerjisi və resursunu ora yönəldəcəklər.Məqsəd rəqibi strateji xətdən çıxarmaqdır.
-Belə olan təqdirdə, Azərbaycan AŞPA-da fəalyyətini dayandırarsa nə gözləyir?
-Təbii ki, yuxarıda söylədiyim kimi Azərbaycan fəaliyyətini dayandırdığı ilk zamanlarda əlaqələrin pozulmasından yararlanmağa çalışan qüvvələr xüsusi fəallaşacaqlar. Bu zaman xarici qüvvələrlə yanaşı, daxili qüvvələr də ondan faydalanmağa çalışacaq.Avropa məkanında az qala mühacirət hökumətini təşkil etməyə çalışara,təlimatlarla və maliyyə yardımı iqtidar əleyhinə qüvvələri bi mərkəzdən idaər etmək siyasəti güclənəcək.Lakin İlham Əliyevin alternativi yoxdur.
Ona görə də 6-8 aydan sonra proseslər başqa səmtə yönələcək.Çünki bu qurumlar təkcə neft-qaz resurslarından-hansı ki,həlledici dönəm məhz gələn ildir- Rusiya ətrafında qurulan çənbəri daraldıb ona Bakıdan müttəfiq düzəltmək Qərb strateqlərinin ölümcül səhvi olardı.Ona görə də praqmatizm və Qafqazın resurs dövlətinə həyati zərurəti dərk edən kimi,əlaqələr və münasibətlər normal məcraya yönələcək.