Tiflisdə oğurlanaraq Azərbaycana gətirilən araşdırmaçı jurnalist Əfqan Muxtarlının həbs müddətinin artırılması ilə bağlı baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə baxılacaq. Bu barədə jurnalistin vəkili Elçin Sadıqov FB profilində yazır:
“Sabah saat 11:00-da Əfqan Muxtarlının barəsindəki həbs qətimkan tədbirinin əlavə 2 ay artırılması barədə baş prokurorun birinci müavini Rüstəm Usubovun vəsatətinə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Pənahovun sədrliyi ilə baxılacaq. Proses qapalı olacaq”.