“TUTULMAMIŞDAN QABAQ İSTƏDİM ÖZÜMÜ ÖLDÜRÜM”

Bu gün Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov son sözlə çıxış edib.

A.Çovdarov ona qarşı irəli sürülən ittihamlarla razılaşmadığını, ittihamların qərəzli olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib: ”Həbs olunmamışdan əvvəl özümü öldürmək istədim. Amma sonra düşündüm ki, özümü öldürsəm, hər şeyi boynuma qoyarlar, arxamca danışarlar”.загружено (1)

“Mənim ölkədə xidmətlərim olub. MTN-də işlədiyim vaxtlardan mənə qarşı qərəzli münasibət göstərilib. Mən ölkəm üçün, vətənim üçün xidmət aparmışam”- deyə A.Çovdarov əlavə edib.

A.Çovdarov nitqində təqsirsiz olduğunu deyib.

Daha sonra proses qapalı elan olunub, zərərçəkənlər zaldan çıxarılıb.

“Akif Çovdarov məhkəmədə “əgər dövlətim və hakim məni cəzalandırarsa, mən bunu xidmətimin davamı kimi qiymətləndirəcəyəm” deyib”. Bunu “report”a ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun vəkili Şahin Rəfiyev bildirib.

Onun sözlərinə görə, A.Çovdarov prosesdə söyləyib ki, həmişə prezidentə və dövlətinə sadiqdir: “Hətta indi də sadiqəm”.

“İstintaq orqanı mənlə elə davranırdı ki, ya hər şeyi danışım, ya da özümü öldürüm”. Bunu Akif Çovdarov deyib. O, iddia edib ki, onu özünü öldürmək həddinə çatdırmaq istəyiblər: “Amma mən zəif adam deyiləm, bunu etmədim”.

Məhkəmə heyəti müşavirəyə yollanıb.

Hakimlər kollegiyası müşavirədən qayıdandan sonra hökmü elan edəcək.

Prosesin nə vaxt davam etdiriləcəyi bilinmir.