Xəbərnamə.info xarici KİV-ə istinadla xəbər verir ki, qaçqınların Avropa İttifaqında (Aİ) yerləşdirilməsi barədə sxemin dəstəklənməsi üzrə Avropa məhkəməsinin qərarını icra etmək istəmədiyinə görə, Macarıstan blokda özünün üzvlüyünü sual altına almış olur. «Politico» nəşrinin məlumatına görə, bu barədə Almaniyanın kansleri Angela Merkel bəyan edib.
Merkeldən soruşarkən, Macarıstanın bu imtinası o deməkdirmi ki, ölkə Avropa İttifaqını tərk etməlidir,belə cavab verib: «Bu problem Avropanın əsas məsələlərindən birinə aiddir, çünki Avropa mənim üçün ümumi məhkəmə-hüquq sferasıdır. Biz, oktyarda Avropa Şurasında bu barədə danışmalıyıq».
O, əlavə edib ki, bəzi ölkələrin müqavimət göstərməsi Avropa İttifaqının ümumi miqrasiya siyasətinə təhlükə yaratmayacaq.
Avropa məhkəməsi ötən həftə Slovakiya və Macarıstanın iddiasını rədd edib. İddia qaçqınların yerləşdirilməsi siyasətinin qanuna müvafiq olub-olmaması barədə idi – məhkəmə Aİ-nın qaçqınların üzv ölkələrdə yerləşdirilməsi hüququnu qüvvədə saxlayıb.