Əfqanıstan Parlamentinə hücumunun nəticələri açıqlandı

Talibanın Əfqanıstan parlementi binasına reallaşdırdığı hücumda iki vətəndaş öldü 40 adam yaralandı. Hadisədə yeddi təcavüzkar öldürüldü.

afganistan-parlamentosu-na-bombali-saldiri-7438579_9178_mƏfqanıstanın paytaxtı Kabildə Taliban təşkilatının dünən parlament binasına təşkil etdiyi bombalı hücumda son hesabat açıqlandı. Hücumda, 2 vətəndaşın öldüyü, 40 adamın isə yaralandığı bildirilərkən, yaralananlar arasında Kunduz millət vəkili Fatma Əzizin də olduğu öyrənildi.

Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan Kömək Missiyası (UNAMA) tərəfindən edilən şərhə görə, paytaxt Kabildə Talibanın parlamentə təşkil etdiyi hücumda çıxan qarşıdurmada 10 yaşındakı bir qız uşağı və bir qadın həyatını itirdi. Qarşıdurmada aralarında millət vəkili Fatma Əzizin də olduğu 40 vətəndaşın yaralandığını bildirdi. Talibanın parlamentə hücumla demokratiyanı təhqir etdiyinə diqqət çəkilən şərhdə, “Birləşmiş Millətlər Təşkilatının Əfqanıstan Kömək Missiyası bu hücumu şiddətlə qınayır” ifadəsi istifadə edildi.

Digər tərəfdən məclisdə olan Kunduz millət vəkili Fatma Əzizin meydana gələn partlama əsnasında başına şüşə və taxta hissələri isabət etməsi nəticəsi yaralandığı məlumatı verildi. Əzizin əri Şir Məhəmməd, Cihan Xəbər Agentliyi müxbirinə etdiyi açıqlamada, dünən meydana gələn hadisə nəticəsində yoldaşının başına isabət edən şüşə və taxta parçalarla yaralandığını, sonra paytaxtdakı Təhlükəsizlik Milli Xəstəxanasına qaldırılaraq müalicə altına alındığını və sağlamlıq vəziyyətinin yaxşıya getdiyi qeyd etdi.

Təcavüzkarlar dünən səhər saatlarında parlament binasını hədəf almış, sonra bölgəyə sövq edilən təhlükəsizlik gücləri ilə qarşıdurmaya başlamışdı. Əfqanıstan Taliban təşkilatının sözçüsü Zabihullah Mücahid isə qarşıdurmaların başlamasından dərhal sonra hücumu boynuna götürdüyünü açıqlamışdı. Təxminən 2 saat davam edən qarşıdurma 7 təcavüzkarın öldürülməsiylə sona çatmışdı.

Mətləb BALAKİŞİYEV