Avropa Parlamenti Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiya əməliyyatı ilə bağlı araşdırmaya çağıran təklifi qəbul edib. Parlamentarilərin 578 nəfəri təklifin leyhinə, 19 nəfəri əleyhinə səs verib, 68 nəfəri isə bitərəf qalıb. Təklif parlamentin 96 deputatı tərəfindən “Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları” adlı ümumi sənədə əlavə kimi irəli sürülmüşdü.
3 milyardlıq korrupsiya qalmaqalının ciddiliyini nəzər alan Avropa Parlamentinin deputatları Maqnitiski aktının qəbulunu da təklif kimi irəli sürüblər. Onlar hesab edir ki, yaranmış vəziyyət aktın tezliklə qəbul olunmasını zəriri edir.
AP-nin “Üçüncü ölkələrdə korrupsiya və insan hüquqları” adlı sənədi Avropa Birliyinin korrupsiya ilə mübarizə və insan hüquqlarının qorunması sahəsindəvəzifələrini müəyyənləşdirir. Sənəddə korrupsiyanın insan hüquqlarına çox böyük təhlükə olduğu, onunla mübarizənin bu baxımdan böyük əhəmiyyət kəsb etməsi bəyan edilir. Eyni zamanda, korrupsiya ilə mübarizə üsulları müəyyənləşdirilir.
Bu sənədə Azərbaycan hakimiyyətinin 3 milyardlıq korrupsiyası ilə bağlı edilən əlavədə isə deyilir:
Avropa Parlamenti “Azərbaycan Pulyuması” araşdırmasından bəlli olduğu kimi, Azərbaycan və digər üçüncü ölkələrin avtokratik rejimləri tərəfindən Avropa qərar qəbuledicilərinə qanunazidd yollarla təsir etmək cəhdlərini qətiyyətləpisləyir; Göstərilən iddialarla və bu rejimlərin etdiyi başqa təsirlərlə bağlı dərin vəhərtərəfli parlament araşdırması həyata keçirməyə çağırır; İnsan hüquqları sahəsi dədaxil olmaqla Parlamentin fəaliyyətinin etibarlılığını və legitimliyini sarsıdan beləkorrupsiya hallarının baş verməsinin qarşısını almaq üçün Parlamenti sərt addımlar atmağa çağırır.
ALDE-dən olan məruzəçi Petras Austreviçus deyib: ” LUX sənədlərindən, Panama sənədlərindən, Rusiya və Azərbaycan Pulyuyan Maşınlarının üzə çıxmasından sonra dərk edirik ki, korrupsiya dövlətlərin sərhədlərindən çox uzaqlara yayılaraq siyasi qərarlarda dramatik şəkildə əsk-səda verir. Bu hesabat vasitəsilə biz bütün beynəlxalq və milli qurumları mümkün olan ən yüksək etik və şəffaflıq standartlarını təsbit etməyə çağırırıq. Biz, eləcə də, bu hesabatla Avropa Birliyindən istənilən növ korrupsiya və saxtakarlığın qarşısını almağa yönələn hüquqi çərçivənin müəyyənləşdirilməsini tələb edirik.
Qətnamədə aşağıdakı istiqamətlər üzrə addımlar atılması zəruri hesab edilir:
– qüvvədə olan korrupsiya əleyhinə konvensiyaların işlək olmasını təmin etmək;
-Avropa Birliyinin üzvü olmayan dövlətlərlə anlaşmalara korripsiya qarşı mübarizə ilə bağlı bənd əlavə etmək;
-Avropa Birliyinin maliyyələşdirdiyi layihələrinin yerli korrupsiya ilə mübarizə qurumları ilə birlikdə ciddi və davamlı monitorinqini həyata keçirmək;
– insan hüquqlarının ciddi şəkildə pozulmasına gətirib çıxaran sistematik korrupsiyanın olacağı təqdirdə son vasitə kimi sanksiyalardan və ya anlaşmaların müvəqqəti olaraq dayandırılmasından istifadə etmək;
-Cavab tədbirləri riskinə baxmayaraq korrupsiya hallarını ifşa edən müstəqil medianı, vətəndaş cəmiyyəti qurumlarını və məlumatlandırıcıları müdafiə etmək və dəstəkləmək.