Jurnalistin özü və ailəsi izlənilir

Tiflisdə yaşayan azərbaycanlı jurnalist Tural Qurbanlı SOCAR Gürcüstanın sifarişi ilə izlənildiyini deyir.

Bu barədə jurnalist özünün facebook səhifəsində məlumat və fotolar paylaşıb.74971_1004373549618458_6699103974566817550_n

Jurnalist, onunla əlaqə saxlayan əməkdaşımıza izləmə prosesinin SOCAR”ın Tiflisdəki rəhbərliyinin sifarişi ilə aparıldığını bildirib:

“Əfqan Muxtarlının həbsindən sonra izlənilmə prosesi açıq-aşkar aparılır. Əvvəllər gizlin izləyirdilərsə, indi daha gözümüzün içinə baxa-baxa izləyirlər. Sonuncu dəfə izləyən insan həm də Əfqan Muxtarlının xanımı Leyla Mustafayevanı izləyib. Eyni insan, eyni maşın burda bizi izləyir ancaq Gürcüstan höküməti heç bir şey etmir. İzlənilmə ilə bağlı şikayət edəndə isə, izəyən adam qalır qıraqda, izlənilən adamı hər dəfə polis bölməsinə çağırıb saatlarla dindirməklə bezdirirlər.”

Maşında əyləşən bu şəxs bizi izləyir hostelin qabağında müşahidə aparır və məlumat ötürür.18814070_1368905666498576_7591231109087830887_n

18740293_1368905669831909_4228604596269781101_n