Əziz Orucovun anası: “Azərbaycanda düz söz deyənin yeri həbsxanadı”.-VİDEO

Bakı Apelyasiya Məhkəməsində “Kanal-13” internet televiziyasının həbsdə olan icraçı direktoru Əziz Orucovun həbs müddətinin uzadılması barədə Nəsimi rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinəhqdefault baxılıb. Məhkəmə şikayəti təmin etməyib. Ə.Orucovun vəkili Cavad Cavadov Avropa Məhkəməsinə müraciət edəcəklərini bildirib.