İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin Monitorinq qrupunun rəhbəri Fərhad Həsənov maraqlı açıqlamayla çıxış edib. Onun bildirdiyinə göyə 02 avqust 2015-ci ildə Biləsuvar rayon sakini Mirnağı Ağayev Komitəyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən özünün və oğlu Eyibar Ağayevin işgəncəyə məruz qaldığını bildirir. İşgəncənin həqiqətən baş verməsiylə bağlı suala Fərhad Həsənov belə cavab vermişdir: “Mirnağı Ağayev oğlu Etibar Ağayevlə birlikdə narkotik vasitələrin qaunsuz saxlanması və satılmasını etiraf etmək məqsədilə omlara işgəncə verildiyini, oğlu bununla razılaşdıqdan özünün azad edildiyini bildirir. M.Ağayev deyir ki, onun gözləri qarşısında oğluna elektroşok verilmişdir”.
İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin eksperti bildirir ki, şikayətçinin oğluna etirafedici ifadələr almaq məqsədilə bu işgəncə verilib və ondan lazımi izahat alınıb.
Fərhad Həsənov şəxsin günahsız olmasını necə müəyyən etmək sualına belə cavab verib: “Bizi onun günahlı olub olmaması maraqlandırmır. Əsas məsələ odur ki, işgəncə verilbsə və ifadə qorxu altında alınıbs bu yolverilməzdir. Əgər ifadə alınan zaman vəkil olmayıbsa deməli normal istintaq hərəkəti aparılmayıb. Eyni zamanda şikayətçinin hadisənin yeri, işgəncəni təsvir etməsi, müstəntiqin etdyi hərəkətləri və s. işggəncənin baş verməsinə inamı artırır. Eyni zamanda biz Etibar Ağayevlə görüşə cəhd etsək də komitənin sədri Elçin Behbudova bu barədə cavab verilməyib. Halbuki Behbudovun icazəsiz monitorinq etmək səlahiyyəti var”.