Aylardır ölkədə müəllimlərin maaşlarını vaxtlı-vaxtında ala bilməməsi ilə bağlı söhbətlər gəzir. Dünən Bakının mərkəzindən Prezident Aparatının qarşısına yürüş edən müəllimlərin etiraz aksiyası deyilənlərin quru söhbət olmadığını ortaya qoydu. Aksiya iştirakçıları bəyan etdilər ki, 7 min müəllim düz 9 aydır maaş ala bilmirlər. Bu aksiya dünəndən bəri gündəmin əsas mövzularından biri olaraq müzakirəyə olunmaqdadır. Müəllimlərin əməkhaqqı hansı səbəbdən gecikir? Ölkənin milyardları çirkli məqsədlər üçün israf olunduğu halda, müəllimlərin qəpik-quruş maaşı niyə aylarla gecikdirilir? İnsanlar bu sualları sosial şəbəkələrdə müzakirə edərkən, Azərbaycanın YUNESKO-dakı daimi nümayəndəliyinin “Twitter” səhifəsində belə bir xəbər paylaşılıb. Demə Azərbaycan dörd Afrika ölkəsində qızların təhsili üzrə YUNESKO layihəsinə 1,5 milyon dollardan çox vəsait ayırıb. Layihə Keniya, Tanzaniya, Uqanda və Liberiyanı əhatə edir. Qeyd edək ki, Azərbaycan YUNESKO-nun donorlarından biridir. 2013-cü ildə Azərbaycanla bu qurum arasında imzalanmış çərçivə sazişinə əsasən ölkə Afrikada qızların təhsili üzrə layihəni maliyyələşdirir. Artıq sözə ehtiyac varmı? Xeyriyyəçilik, yardımçılıq gözəl işdir. Amma bu xeyriyyəçilik ölkə vətəndaşının boğazından kəsilməklə edilən halda, anlamını tamamilə itirir. Bir də hələ bu günlərdə YUNESKO-nun rəhbərliyi ilə Azərbaycan hökumətinin qaranlıq maliyyə sövdələşmələri ortaya çıxınca…
Related Posts
RATİ Merkelə müraciət etdi
- admin
- 22/08/2018
- 0
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun icraçı direktoru Emin Hüseynov Azərbaycana səfər edəcək Almaniya kansleri Angela […]
“Avropanın təhlükəsizliyi Türkiyədən başlayır”
- admin
- 10/01/2017
- 0
Türkiyənin baş naziri Binəli Yıldırım Qərbin terror təşkilatları ilə bağlı mövqeyini tənqid edib. Trend-in “Anadolu” […]
ABŞ Helsinki Komissiyası:”Azərbaycanda seçkilərdə azad seçim olmayıb”
- admin
- 12/04/2018
- 0
ABŞ Helsinki Komissiyasının tvitter səhifəsində Azerbaycanda keçirilmiş prezident seçkiləri azad olmayan seçki kimi qiymətləndirilib. “Azərbaycanda […]