29 avqust 2017 tarixində, saat 13:30-da Almaniyanın Bonn şəhərində”SİYASİ MƏHBUSLARA AZADLIQ” şüarı ilə növbəti aksiya keçiriləcək. Bu haqda “Xəbərnamə.info”-ya aksiyanın təşkilatçısı “Demokratiya Naminə Vətəndaş Təşəbbüsləri” İB sədri Sevinc İsgəndərova bildirib:
“Biz aksiyanı BMT-nin Almaniyadaki ofsinin qarşında keçirməklə, bu qurumların əsas vəzifəsi olan insan hüquq və azadlıqlarının qorunmasını xatırlatmaq, mövzunu gündəmdə saxlamaq, beynəlxalq təşkilatların diqqətini Azərbaycanda baş verən qanunsuzluqlara yönələtməkdir.”