Ermənistanın paytaxtı İrəvanda mənzil xidmətləri və artan elektrik qiymətlərini etiraz etmək istəyən minlərlə adam Prezident Sarayını əhatə etdi, etirazçılara təzyiqli su ilə müdaxilə edildi.
Ermənistanın paytaxtı İrəvanda elektrikə edilən qiymət artımına etiraz etmək üçün dörd gündür nümayiş təşkil olunub. Etirazçılara polis təzyiqli suyla müdaxilə edib, çox sayda aksiyaçı nəzarətə alınıb.
Prezident sarayının olduğu Baghramyan Prospektini dünən axşam bağlayan nümayişçilər, oturaraq etiraz ediblər. Polis ilə nümayişçilər arasında davam edən görüşlərdən nəticə alına bilməməsi üzərinə polis bu səhər göstəricilərə təzyiqli su sıxaraq müdaxilə edib. Müdaxilə əsnasında çox sayda aksiyaçı nəzarətə alınıb.
İrəvanda 19 İyunda minlərlə adam, elektrik enerjisinin qiymətlərinə edilən artıma etiraz etmək üçün nümayiş təşkil etmiş, bir qrup göstərici daha sonra oturma hərəkətinə başlamışdı. Azadlıq (Azatutyan) Meydanında toplanan nümayişçilər, Cəmiyyət Xidmeti Yoxlama Komissiyasının elektrikə 1 Avqustdan etibarən etibarlı olmaq üzərə qiymət artımı edilməsi istiqamətindəki qərarının ləğv edilməsini, mövcud qiymətdə də endirim edilməsini tələb edir
Ermənistanda elektrik xidməti təmin edən şirkət, Ermənistan Cəmiyyət Xidmeti Yoxlama Komissiyasına elektrik qiymətlərinin 17,08 Erməni dramı artırılması üçün müraciət etmiş, komissiya, 6,93 dramlık (yüzdə 16 nisbətində) qiymət artımı istiqamətində qərar almışdı.
Mətləb BALAKİŞİYEV