Qızının siyasi mövqeyinə görə təhqir olunan ana ölkə mətbuatına üz tutdu

X-Ana_MehribanŞikayətçi məktubun sonunda öz vəziyyətini mətbuat işçiləri vasitəsilə ictimailəşdirməklə sonuncu şansa əl atdığını, artıq kömək istəməyə yer qalmadığını ifadə edir. Məktubda xanım xüsusi olaraq tanımadığı şəxslər tərəfindən daim izləndiyini, təhqir olunduğunu, şəxsiyyətinin alçaldığını ifadə edir. Bunları yazarkən o, öhdəsində olan azyaşlı övladının, o cümlədən öz həyatının təhlükəsizliyinə təminatın olmadığını göstərir.

Məktubda xanım şikayətçi bütün baş verənlərin qeyri-hökumət təşkilatınerize_DIN-eda (adını yazmayıb-red.) sədr müavini olan qızı Xədicə Eyvazovanın hakimiyyətə tənqidi münasibətdə olmasıyla əlaqələndirir. Onun bildirdiyinə görə şikayətinə Yasamal rayon polis əməkdaşları bu səbəbdən baxmırlar və hər şikayətdən sonra təzyiqlərin artmasını da qızının ictimai-siyasi fəaliyyətilə əlaqələndirir.